Prezident İlham Əliyev yeni dünya çempionumuzla görüşdü - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı dünya çempionatında qızıl medal qazanan cüdoçu Əhməd Yusifovla görüşüb.
Sportify.az xəbər verir ki, dövlət başçısı 60 kq çəki dərəcəsində dünya çempionu olmuş 27 yaşlı idmançını təbrik edib.
Prezident İlham Əliyev deyib:
-Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.
Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan.
Əhməd Yusifov: Çox sağ olun. Minnətdaram.










No Comment! Be the first one.