İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Sportify.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Qeyd edək ki, sentyabrın 20-də İskəndər Cavadovun 70 yaşı tamamlanır.



No Comment! Be the first one.