PSJ “France Football”un “Qızıl top” məqaləsindən narazı qaldı
Fransanın PSJ klubu “France Football” nəşrinin “Qızıl top”a namizədlərlə bağlı hazırladığı məqalədən narazılığını bildirib.
Sportify.az xəbər verir ki, bu barədə “Foot Mercato”məlumat yayıb.
Paris klubu nəşrə Fabian Ruis, Xviça Kvaratsxeliya və Usman Dembeledən müsahibə almağa icazə verib.
Lakin jurnal dərc edildikdən sonra PSJ nümayəndələri məqalədə əsas diqqətin klubun sabiq futbolçusu Kilian Mbappeyə yönəldiyini görüblər. Bundan sonra klub rəhbərliyi narazılığını “France Football”un redaksiya heyətinə çatdırıb.
Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda keçiriləcək.



No Comment! Be the first one.