Ueyn Runi yəhudi köklərinin olduğunu açıqladı
“Mançester Yunayted” və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi ailəsinin yəhudi köklərinin olduğunu ilk dəfə açıqlayıb.
Sportify.az xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu ana nənəsi Pat Morreyin ailəsinin Polşadan köçmüş yəhudilərdən olduğunu yaxın vaxtlarda öyrəndiyini bildirib.
Runi həyat yoldaşı Kolen və iki oğlu ilə birlikdə Polşada yerləşən Auşvits düşərgəsinə səfəri zamanı bu barədə danışıb.
O, “Disney+” üçün hazırlanan “The Real Rooneys” serialı ilə bağlı açıqlamasında nənəsinin ailəsinin polşalı yəhudilər olduğunu deyib.
Keçmiş futbolçu katolik kimi böyüdüyünü, lakin uşaqlıqdan ailəsinin yəhudi olub-olmaması ilə bağlı suallar verdiyini də qeyd edib.
Qeyd edək ki, yəhudi dini ənənələrinə əsasən, yəhudi mənsubiyyəti ana xətti ilə müəyyənləşdirilir.



No Comment! Be the first one.