"Sabah"dən darmadağın, "Qarabağ"dan əzmkar heç-heçə - YENİLƏNDİ
Misli Premyer Liqasında VIII turun daha bir qarşılaşması “Qarabağ” və “Neftçi” arasında keçirilib.
Sportify.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş oyun məhsuldar heç-heçə ilə yekunlaşıb – 3:3.
Hesabı 11-ci dəqiqədə paytaxt təmsilçisinin yarımmüdafiəçisi Qustavo Klisman açıb.
Bundan 7 dəqiqə sonra Aleksey Kaşuk bərabərlik qolunu vurub. 34-cü dəqiqədə Klisman özünün və komandasının ikinci topuna imza atıb.
52-ci dəqiqədə Draqolyub Saviç “Neftçi”nin üçüncü qolunun müəllifi olub.
Lakin “Qarabağ” əzmkar heç-heçəyə nail olmağı bacarıb. 89-cu dəqiqədə Renaldo Sefas fərqi azaldıb, 90+5-ci dəqiqədə isə Kadi Borges bərabərliyi təmin edib.
Beləliklə, hər iki komanda 1 xalla kifayətlənməli olub və hərəyə 17 xalla 2-3-cü yerləri bölüşdürürlər. Çempionatın vahid lideri isə 19 xala malik “Sabah”dır.
———————
Misli Premyer Liqasında VIII turun növbəti oyunu “Qəbələ” və “Sabah” arasında keçirilib.
Sportify.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 4:0.
“Sabah” görüşə Çempionlar Liqasının əsas mərhələsinin Çexiya “Slaviya”sı ilə matçda ehtiyatda qalmış futbolçularla çıxıb. Bununla belə, paytaxt təmsilçisi hər hissədə bir qol vurmaqla, 3 xalı aktivinə yazmağı bacarıb.
İlk 2 qolu isə Azərbaycan millisinin futbolçuları vurub. Hesabı 45+1-ci dəqiqədə Abdulax Xaybulayev açıb. 74-cü dəqiqədə isə Aleksey İsayev fərqlənib. 88-ci dəqiqədə isə Coy Lens Mikels meydan sahiblərini məyus edib. 90+3-cü dəqiqədə isə İsayev özünün ikinci, komandasının sonuncu qolunu vurub.
Qeyd edək ki, 86-cı dəqiqədə Xəyal Əliyev uzun fasilədən sonra meydana çıxıb. Zədəsini bərpa edən Əliyev Karlos Eduardonu əvəzləyib.
90-cı dəqiqədə “Qəbələ”nin oynayan məşqçisi Asif Məmmədov meydana daxil olub. Məmmədov Premyer Liqada oyun sayını 389-a çatdırıb.
“Sabah” bu qələbə sayəsində xalını 19-a çatdıraraq, liderliyə yüksəlib. “Qəbələ” isə 3 xalla 11-ci mövqedə qalıb.
——————————–
Bu gün Misli Premyer Liqasında VIII turun daha 2 oyunu keçiriləcək.
Sportify.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” və “Sabah” komandaları üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda saat 16:00-da başlanacaq qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Hazırda “Qəbələ” 7 oyundan 4 xalla 10-cu, “Sabah” 6 oyundan 16 xalla 2-ci yerdə gedir.
İki komandanın əvvəlki 26 oyunundan 7-də “Qəbələ”, 16-da “Sabah” qələbə qazanıb, cəmi 3-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində paytaxt təmsilçisi ikiqat üstünlüyə malikdir – 47:23.
Son 3 oyunda “Sabah” qalib gəlib. “Qəbələ”nin meydanındakı axırıncı 5 qarşılaşmada qol vuran komanda qələbə qazanıb.
Günün növbəti qarşılaşmasında isə “Qarabağ” və “Neftçi” arasında Avropa derbisi yaşanacaq. Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:00-da start götürəcək matçı daha bir FIFA referisi Kamal Umudlu idarə edəcək.
İlk milli çempionatdan indiyədək bu klublar elitada qalmağı bacarıblar. “Qarabağ” 1000, “Neftçi” 1001 görüş keçirib. Son mövsümlərdə əsas Ağdam komandası çempionluqlar yaşadığı halda, paytaxt təmsilçisi buna cəmi 1 dəfə nail olub. Bu mövsüm isə bakılıların heyəti kifayət qədər güclənib.
Hazırda “Neftçi” 7 oyundan 16 xalla 1-ci yerdə gedir. Eyni xala malik “Qarabağ” 3-cü pillədə qərarlaşıb. Lakin ağdamlıların ehtiyatda təxirə salınmış bir qarşılaşması var.
Komandaların əvvəlki 102 oyunundan 47-də “Qarabağ”, 24-də “Neftçi” qalib gəlib, 31-də heç-heçə olub. Topların nisbətində isə Ağdam klubunun üstünlüyü belədir – 148-87.
“Qarabağ” son 19 görüşdə qol vurub. “Neftçi” axırıncı 5 səfərdən qolsuz və xalsız ayrılıb.
Misli Premyer Liqası, VIII tur
17 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Sabah” – 0:4
Qollar: Abdulax Xaybulayev, 45+1. Aleksey İsayev, 74; 90+4. Coy Lens Mikels, 88
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – “Neftçi” – 3:3
Qollar: Aleksey Kaşuk, 18. Renaldo Sefas, 89. Kadi Borges, 90+5 – Qustavo Klisman, 11; 34. Draqolyub Saviç, 52
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Əli Əliyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüsyenov
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, VIII turun ilk oyun günündə “Şamaxı” “Şəfa”ya 3:2, “Sumqayıt” “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib. Turun oktyabrın 18-də keçiriləcək son matçlarında “İmişli” “Turan Tovuz”u, “Kəpəz” “Zirə”ni qəbul edəcək.



No Comment! Be the first one.