"Qalatasaray" hakim qərarlarından narazı qaldı
Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Sportinq”ə 1:3 hesabı ilə uduzduğu oyunda hakimlikdən narazı qalıb.
Sportify.az xəbər verir ki, İstanbul təmsilçisi əvvəlcə ilk hissədə “Sportinq” futbolçusunun qırmızı vərəqə almalı olduğunu düşünərək etiraz edib.
27-ci dəqiqədə hesab 1:1 olarkən meydan sahiblərinin yarımmüdafiəçisi Serxi Altimira Aleksey Batrakova qarşı kobud oynayıb. Norveçli baş hakim Espen Eskas bu epizodda Altimiraya sarı vərəqə göstərib. Daha sonra almaniyalı VAR hakimi Kristian Dingert mümkün qırmızı vərəqə ehtimalını araşdırıb. Lakin yoxlamadan sonra baş hakimin qərarı dəyişməyib və Altimira meydanda qalıb.
“Qalatasaray” ikinci hissədə də referinin qərarına etiraz edib.
54-cü dəqiqədə Luis Suares Uğurcan Çakırı keçdikdən sonra cərimə meydançasında İsmail Yakobsla mübarizədə yerə yıxılıb. Eskas tərəddüd etmədən “Sportinq”in xeyrinə penalti təyin edib. VAR yoxlamasından sonra da qərar qüvvədə saxlanılıb.
“Qalatasaray” futbolçuları və baş məşqçi Okan Buruk penalti qərarına uzun müddət etiraz ediblər.

Qeyd edək ki, matç “Sportinq”in qələbəsi ilə yekunlaşıb – 3:1.



No Comment! Be the first one.