"Qarabağ" Azərbaycanın reytinqini daha da yüksəltdi
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.
Sportify.az xəbər verir ki, növbəti avrokubok həftəsinin yekununda reytinq xalı 21,937-yə yüksəlib.
“Qarabağ” Niderlandda “Tvente”yə qalib gələrək, ölkə reytinqinə daha 0,250 xal qazandırıb.
Lakin mövqe dəyişikliyi baş verməyib. Azərbaycan yenə 26-cı pillədə qərarlaşıb. 25-ci mövqedəki Sloveniya 22,843 xala malikdir.
Yuxarı pillələrdəki ölkələrdən Şotlandiya xalını 26,150-yə çatdıraraq, 18-ci pilləyə qalxıb. 25,750 xalı olan İsveç isə 20-ci mövqeyə enib.
Qeyd edək ki, bu həftə Azərbaycan klublarından “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə İsrailin “Hapoel Beer Şeva” komandasına səfərdə məğlub olub – 2:1. “Qarabağ” isə UEFA Konfrans Liqasının eyni raundunda “Tvente”yə Niderlandda qalib gəlib – 1:0.



No Comment! Be the first one.