"Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi - YENİLƏNDİ
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində ilk oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Ağdam klubu Niderlandda “Tvente”nin qonağı olub.
Enshede şəhərindəki “De Qrolş Veste” stadionunda keçirilmiş görüş “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 1:0.
Yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Baş məşqçi Qurban Qurbanov heyəti qurma sarıdan çətinliklərlə üzləşməsinə baxmayaraq, tapşırıqlarının düzgün yerinə yetirilməsi hesabına qələbə gerçəkləşib. Cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



No Comment! Be the first one.