“Qarabağ” və “Neftçi”yə 8700 manatlıq cəza
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VIII turunda keçirilən “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı hər iki kluba cəza verib.
Sportify.az-ın məlumatına görə, “Qarabağ” azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə klub 5000 manat cərimələnib.
“Neftçi” azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə klub 3000 manat cərimə olunub.
Bundan başqa, komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün kluba 700 manat cərimə tətbiq edilib.
“Neftçi”nin mətbuat katibi Asəf Zeynallı isə stadiona kiçik zərər vurduğuna görə xəbərdarlıq alıb. Dəymiş zərər yerində ödənilib.

Digər qərarlara əsasən, “Şamaxı”nın məşqçisi Araz Bağırov 1 oyunluq cəzalandırılıb, klub 2500 manat cərimə edilib. “Şəfa” 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimələnib.
“Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski 1 oyunluq cəza alıb, klubu 500 manat cərimə edilib.
“Turan Tovuz” isə 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimələnib.



No Comment! Be the first one.