“Qarabağ” və “Zirə” arasında yoldaşlıq görüşü keçiriləcək
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə hazırlığı davam etdirən “Qarabağ” oktyabrın 3-də saat 17:00-da “Zirə” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Sportify.az xəbər verir ki, qarşılaşma “Azersun Arena”nın məşq meydançasında keçiriləcək.
Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, matçı işıqlandırmaq istəyən media nümayəndələrinin stadiona giriş zamanı 2026/2027 mövsümü üçün verilmiş Peşəkar Futbol Liqasının (PFL) akkreditasiya vəsiqəsini təqdim etmələri mütləqdir.


No Comment! Be the first one.