Premyer Liqa klubunun futbolçusu qəzaya düşdü
İngiltərənin “Hall Siti” klubunun yeni transferi Lukas Qurn-Duat avtomobil qəzasına düşüb.
Sportify.az xəbər verir ki, hadisə klubun bazasının yaxınlığında baş verib.
Futbolçunun idarə etdiyi avtomobilin aşdığı bildirilir.
Qeyd edək ki, hadisə üç həftə əvvəl “Hall Siti”nin digər futbolçusu Sorba Tomasın “Land Rover Defender” markalı avtomobilinin qəzaya düşdüyü yolda baş verib.
Hadisənin səbəbləri və Lukas Qurn-Duatın səhhəti ilə bağlı əlavə məlumat verilməyib.



No Comment! Be the first one.