"Qarabağ"dan növbəti transfer - RƏSMİ
“Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kipr APOEL-inin braziliyalı yarımmüdafiəçi Dieqo Rosa icarəyə götürülüb.
Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək opsiyası var. O, Ağdam komandasında 33 nömrəli forma ilə çıxış edəcək.
2021-ci ildə Braziliya “Qremio”sundan İngiltərənin “Mançester Siti” klubuna transfer olunmuş Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) kollektivlərində də çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.
Rosa Braziliyanın U-16 və U-17 milli komandalarının formasını da geyinib.



No Comment! Be the first one.