"Qarabağ"ın qapıçısı millidə qələbəyə sevindi
UEFA Millətlər Liqasında B liqasının 4-cü qrupunda Bosniya və Herseqovina yığması doğma meydanda Rumıniyanı 2:1 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, meydan sahiblərinin heyətində “Qarabağ”ın legioneri Martin Zlomisliç qapısından 1 top buraxsa da, yekunda komandası qələbə qazanıb. Bosniyalı qolkiper oyuna start heyətdə başlayıb və sonadək meydanda olub.
Qeyd edək ki, Bosniya və Herseqovina yığması 11 xalla 2-ci pillədə qərarlaşıb. Rumıniya isə 3 xalla sonuncudur.


No Comment! Be the first one.