“Real Madrid”in futbolçusu millidən getdi
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Antonio Rüdiger Almaniya millisində karyerasını başa vurub.
Sportify.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi qərarını sosial şəbəkə hesabında paylaşdığı açıqlama ilə elan edib.
Rüdiger bildirib ki, artıq milli komandada gənc nəslə yol verməyin vaxtıdır.
O, paylaşımında komanda yoldaşlarına, məşqçilərə və azarkeşlərə təşəkkür edib.
Rüdiger xüsusilə Yoahim Löv, Hans-Diter Flik və Yulian Naqelsmana, həmçinin gənclər millisindəki məşqçisi Horst Qrubeşə minnətdarlığını bildirib.
Təcrübəli futbolçu bundan sonra bütün diqqətini klub karyerasına yönəldəcəyini qeyd edib.
2014-cü ildə Almaniya millisində debüt edən Antonio Rüdiger yığmanın heyətində 86 oyun keçirib.



No Comment! Be the first one.