Ronaldo 1000-ə daha da yaxınlaşdı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo 1000-ci qoluna bir az da yaxınlaşıb.
Sportify.az xəbər verir ki, ölkə çempionatının 11-ci turunda “Əl-Nəsr” “Əl-Feysali”nin qonağı olub.
Qonaqların 3:1 hesabı ilə qalib gəldikləri oyunda Ronaldo da fərqlənib. Bu, 41 yaşlı hücumçunun karyerasında 982-ci qol olub.



No Comment! Be the first one.