Ronaldudan Şara Bulletə məsləhət
Rusiyalı UFC döyüşçüsü Şarabutdin Maqomedov maraqlı açıqlaması ilə diqqət çəkib.
Sportify.az xəbər verir ki, daha çox Şara Bullet ləqəbi ilə tanınan idmançı portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun ona verdiyi məsləhətdən danışıb.
“Ronaldunun mənə dediyi bu oldu: “Daha tez-tez döyüş. Sən yaxşı iş görürsən, hər şeyi düzgün edirsən, çoxlu döyüş keçirirsən. Daha tez-tez döyüş və bununla azarkeşlərin marağını artır”.
Bu sözlər məni çox motivasiya edir. Kriştianu uzun illərdir ən yüksək səviyyədə çıxış edir. Onların demək olar ki, hər həftə, bəzən isə həftədə iki oyunu olur. Daim diqqətini və motivasiyasını qorumağın nə qədər çətin olduğunu təsəvvür edə bilmirəm. Hər matç müəyyən stress və yüksək konsentrasiya tələb edir. Bu baxımdan futbolçuları özümə nümunə götürürəm”, – deyə Maqomedov “Makarenа” YouTube kanalına müsahibəsində bildirib.



No Comment! Be the first one.