Rulli “Mançester Siti”yə keçdi
“Mançester Siti” heyətini yeni qapıçı ilə gücləndirib.
Sportify.az xəbər verir ki, İngiltərə klubunun “Marsel”dən 34 yaşlı argentinalı qapıçı Xeronimo Rullini transfer etdiyi açıqlanıb.
Məlumata görə, Rulli ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Transferin dəyəri isə 3,5 milyon avro təşkil edib.
Rulli daha əvvəl “Vilyarreal”, “Real Sosyedad” və “Ayaks” kimi klublarda çıxış edib. O, Argentina millisinin də üzvüdür.



No Comment! Be the first one.