Misli Premyer Liqasında daha bir hakim səhvi təsdiqləndi - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Misli Premyer Liqasının VI turundakı oyunlarla bağlı mübahisəli epizodları şərh edib.
Sportify.az xəbər verir ki, Həsənov “Qəbələ” – “Neftçi” qarşılaşmasında baş hakim Cavid Cəlilovun qonaq komandanın futbolçusu Alen Şkribekə qırmızı vərəqə göstərməli olduğunu bildirib.
Onun fikrincə, Şkribek meydan sahiblərinin legioneri Natan Monzanqonun ayağının qorunmayan hissəsinə həddindən artıq güc tətbiq etməklə zərbə endirib. Bu hərəkət sarı yox, qırmızı vərəqə ilə qiymətləndirilməli idi.
Həsənov qalan mübahisəli epizodlarda referilərin doğru qərar verdiklərini əlavə edib.


No Comment! Be the first one.