Puta qəsəbəsində yeni idman zalı açıldı
Sentyabrın 22-də Qaradağ rayonunun Puta qəsəbəsində “Puta” idman zalı və minifutbol meydançasının açılışı olub.
Sportify.az xəbər verir ki, nazir Fərid Qayıbov idman zalı və minifutbol meydançasında yaradılmış şəraitlə tanış olub, burada məşqlərin və yarışların təşkili üçün yaradılan imkanlarla maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa olunan zalda voleybol, basketbol, badminton, güləş, boks, gimnastika, stolüstü tennis, bilyard, fitnes və şahmat üzrə məşqlərin və yarışların keçirilməsi üçün müvafiq şərait yaradılıb. Bundan əlavə, kompleksin ərazisində minifutbol meydançası və köməkçi sahələr istifadəyə verilib.




No Comment! Be the first one.