"Şəfa"nın baş məşqçisi: Futbolçularımız Qəbələdə boğulurlar
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov səfərdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 45 yaşlı mütəxəssis öncə oyunu dəyərləndirib:
– İlk qələbəni qazandığımız üçün məmnunuq. Özü də bu nailiyyəti Qəbələ səfərində əldə etməyimiz ikiqat sevindiricidir. Hamımız bilirik ki, Qəbələdə oynamaq həddindən artıq çətindir. Həm rəqib yaxşı komandadır, həm də buranın havası belədir ki, futbolçular bir müddət boğulurlar. Amma uşaqlar hər şeyin öhdəsindən gəldilər. Düzdür, zaman-zaman üstünlük “Qəbələ”nin tərəfinə keçirdi. Bu da normaldır. Bütün oyun boyunca üstünlük bizdə ola bilməzdi. Həm biz, həm də əfsuslar olsun ki, bir neçə dəfə “Qəbələ” qol epizoduna girdi. Ümumilikdə nəticədən razı olmaya bilmərəm. Eyni zamanda, futbolçularımızın çıxışından çox razı qaldım. Qələbəni “Şəfa” rəhbərliyinə, bizim üçün Bakıdan bura gəlmiş azarkeşlərə həsr edirik.
– İlk oyuna nisbətən start heyətdə dəyişikliklər var idi və yerli futbolçuya şans verilmişdi. Dəyişikliklər nə ilə əlaqədar idi?
- Ümumən, ayyarımın komandasıyıq. Biz də maksimal heyətin, optimal oyunun axtarışındayıq, onun üzərində işləyirik. Ona görə keçən oyundan fərqli olaraq heyətdə 4 əvəzləmə etmişdik. Yəni, burada sırf yerli və yaxud legioner məsələsi deyildi. Sadəcə, yenə deyirəm, bu axtarışı maksimum nəticə ilə başa vurmaq üçün bu dəyişiklikləri etmişdik.
– Komandanızın potensialını necə görürsünüz?
– Bu mövsüm üçün qarşımıza qoyulan məqsəd Premyer Liqada qalmaqdır. Gənc komandayıq, yəni, komandanın özü gəncdir. Bir neçə ildən sonra geridönüş eləmişik. 26 il əvvəlki “Şəfa” ilə indikinin arasında, hər hansı bir müqayisə aparmaq düzgün deyil. Məncə, daha da yaxşı olmalı, güclənməliyik. Bu heyətlə minimum nəticəni əldə edə biləcəyimizə inanıram.
– Sentyabrda transfer pəncərəsinin bağlanacağını nəzərə alsaq, qarşıdakı müddətdə yeni transfer gözlənilirmi?
– Yeni transfer olmayacaq. Məsələni bağlamışıq. Güclənmək deyəndə komandanın özünü nəzərdə tuturam. Məsələn, Filip birinci hissə əsas heyətdə idi, amma cəmi üçüncü həftədir bizimlədir. Yaxud elə futbolçular var ki, ikinci oyundur 90 dəqiqə bir yerdə oynayırdılar. Güclənmək dedikdə həm fiziki, həm də futbolçuların bir-biriylə anlayışı cəhətdən nəzərdə tuturam. Amma yeni transfer gözlənilmir.
– Qeyd etdiniz ki, Qəbələnin havası ağır idi.Amma ümumi götürəndə “Şəfa” fiziki cəhətdən rəqibdən daha yaxşı görünürdü. Bu, yayda keçdiyiniz təlim-məşq toplanışının nəticəsidir, yoxsa futbolçular fiziki cəhətdən hazırlıqlı idilər?
– Biz çalışdıq ki, balans yaradaq. Həm hazılığı yüksək səviyyədə olmayan, həm də hazırlıqlı, 90 dəqiqə problemsiz oynaya bilən futbolçularımız var. Ona görə də əvəzetmələr öncədən düşünülüb. Balansı qorumağa çalışdıq.
–


No Comment! Be the first one.