"Sabah" - "Barselona" matçının tarixi açıqlandı - TƏQVİM
UEFA Çempionlar Liqasında 2026/2027 mövsümünün Liqa mərhələsinin təqvimi açıqlanıb.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” mübarizəyə sentyabrın 10-da başlayacaq.
Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv həmin gün İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.
İspaniya “Barselona”sı ilə ev oyunu isə noyabrın 25-də olacaq. Matç saat 21:45-də başlanacaq.
Sportify.az “Sabah”ın əsas mərhələdəki oyunlarının tarixini və başlama saatını təqdim edir:
10 sentyabr: 23:00. “Mançester Yunayted” (İngiltərə) – “Sabah”
13 oktyabr: 20:45. “Sabah” – “Slaviya Praqa” (Çexiya)
20 oktyabr: 20:45. “Sabah” – “Borussiya Dortmund” (Almaniya)
4 noyabr: 00:00. “Vikinq” (Norveç) – “Sabah”
25 noyabr: 21:45. “Sabah” – “Barselona” (İspaniya)
8 dekabr: 21:45. “Vilyarreal” (İspaniya) – “Sabah”
20 yanvar 2027-ci il: 21:45. “Sabah” – “Napoli” (İtaliya)
27 yanvar 2027-ci il: 00:00. “Arsenal” (İngiltərə) – “Sabah”
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.



No Comment! Be the first one.