“Sabah” – “Borussiya” matçının hakimləri bəlli oldu
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçiriləcək qarşılaşmanın təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi FIFA referisi Xavyer Alberola Roxas olacaq. Ona yan xətlərdə Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Qarsiya Verdura yerinə yetirəcək.
Qarşılaşmada VAR hakimi Sesar Soto Qrado, AVAR hakimi isə Valentin Qomes olacaq.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” görüşü saat 20:45-də başlayacaq.



No Comment! Be the first one.