"Sabah" "Mançester Yunayted"ə böyük hesabla uduzdu - YENİLƏNDİ
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk tur matçına çıxıb.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərədə “Mançester Yunayted”in qonağı olub.
“Olf Trafford” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.
İlk 3 qol birinci hissədə vurulub. Müdafiəçilərin kobud səhvlərindən yararlanan “qırmızı şeytanlar” Mateus Kunyanın 27-ci, Brunu Fernandeşin 42-ci və Beynyamin Şeşkonun 45-ci dəqiqədə vurduğu qolla fasiləyə xeyli öndə çıxıblar. Son qolu isə 68-ci dəqiqədə Lisandro Martines qapıçı Stas Pokatilovla müdafiəçilərin anlaşmazlığı nəticəsində vurub.
Beləliklə, “Sabah” tarixi matçında məğlubiyyətlə üzləşib.
——————————-
Bu gün”Sabah” komandası UEFA Çempionlar Liqasında tarixi oyuna çıxacaq.
Sportify.az xəbər verir ki, 9 illik tarixə malik Azərbaycan təmsilçisi ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində çıxış edəcək.
Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. “Old Trafford” stadionunda təşkil olunacaq qarşılaşmanı Villi Delajonun rəhbərliyi altında fransalı hakimlər briqadası idarə edəcək.
“Mançester Yunayted” Liqa mərhələsinə birbaşa, “Sabah” isə dörd təsnifat mərhələsini keçərək vəsiqə qazanıb. Hazırda “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında 3 oyundan 4 xalla 11-ci yerdə gedir. “Sabah” isə Azərbaycan Premyer Liqasında 3 oyundan 9 xalla 2-ci yerdədir. Lakin komandanın aktivində təxirə salınmış bir oyun da var.
Mançesterlilər son oyunda səfərdə “Everton”la 2:2 hesablı heç-heçə edibsə, masazırlılar evdə “Zirə”ni məğlubiyyətə uğradıb – 5:0.
Azərbaycan komandası bugünkü görüşə itki ilə çıxacaq. Məhz “Zirə” ilə matçda “Sabah”ın müdafiəçisi Stiv Solvet zədələnib. Bu səbəbdən, fransalı mərkəz müdafiəçisi “Mançester Yunayted”lə matçı buraxacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
10 sentyabr
23:00. “MANÇESTER YUNAYTED” (İNGİLTƏRƏ) – “SABAH” (AZƏRBAYCAN) – 4:0
Qollar: Mateus Kunya, 27. Brunu Fernandeş, 42. Beynyamin Şeşko, 45. Lisandro Martines, 68
Baş hakim: Villi Delajo
Yan xətt hakimləri: Ervan Finjan, Valentin Evrar
Dördüncü hakim: Matyö Vernis
VAR: Jerom Brizar (hamısı Fransa)
VAR hakiminin köməkçisi: Momçilo Markoviç (Serbiya)
Hakim-inspektor: Stefan Yohannesson (İsveç)
UEFA nümayəndəsi: Feliks Qriqore (Rumıniya)
Xatırladaq ki, Azərbaycan ardıcıl ikinci mövsüm Çempionlar Liqasının əsas mərhələsində təmsil olunacaq. Ötən mövsüm “Qarabağ” bu yarışda pley-off mərhələsinədək (1/16 final) irəliləməyi bacarıb.



No Comment! Be the first one.