"Sabah" - "Slaviya" matçının hakimləri bəlli oldu
UEFA Çempionlar Liqasında “Sabah” və Çexiyanın “Slaviya Praqa” komandaları arasında keçiriləcək əsas mərhələnin II tur matçının təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, qarşılaşma avstriyalı hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sebastian Qishamerə Roland Ridel və Santino Şrayner yan xətt hakimləri, Valter Altmann dördüncü hakim qismində yardımçı olacaq.
Alan Kiyas VAR hakimi, Josef Spurni VAR hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
İspaniyalı Luis Medina Kantalexo hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi kimi çalışacaq.
Qeyd edək ki, oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:45-də başlanacaq.



No Comment! Be the first one.