“Sabah”a 5 milyon manat ayrıldı
UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Sportify.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, “Sabah” avqustun 25-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. İlk görüşdə 1:2 hesabı ilə məğlub olan Masazır təmsilçisi cavab matçında 5:2 hesablı qələbə qazanaraq turnirin əsas mərhələsinə yüksəlib.



No Comment! Be the first one.