“Sabah”ın Çempionlar Liqası oyunlarının yayımçısı bəlli oldu
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi bütün oyunları İctimai Televiziya (İTV) yayımlayacaq.
Sportify.az-ın əldə etdiyi məlumata görə, İTV Azərbaycan çempionunun əsas mərhələdəki 8 qarşılaşmasının hamısını canlı yayımla ekranlara gətirəcək.
“CBC Sport” isə “Sabah”ın ev oyunlarının çəkilişini həyata keçirəcək. Yəni qarşılaşmaların televiziya çəkilişini “CBC Sport” hazırlayacaq, canlı yayımı isə İTV həyata keçirəcək.
Eyni zamanda, “CBC Sport” digər komandaların Çempionlar Liqasındakı oyunlarını canlı yayımlaya biləcək.
Qeyd edək ki, İTV bu mövsüm “Sabah”ın Çempionlar Liqasının təsnifat mərhələsindəki oyunlarını da efirə verib.
Ötən mövsüm isə “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki qarşılaşmaları yayım bölgüsü əsasında nümayiş etdirilib.



No Comment! Be the first one.