Azərbaycan Kuboku start götürür
15 yaşadək kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini yoxlayacaqlar.
U-15 Azərbaycan kubokuna 39 komandanın 97 boksçusu qatılacaq. 17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.



No Comment! Be the first one.