"Sabah"ın rəqibi futbolçusunu itirdi - xərəklə çıxarıldı - VİDEO
Almaniyanın “Borussiya Dortmund” komandasının futbolçusu Konstantinos Karetsas Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda İspaniya “Vilyarreal”ı ilə oyunda ciddi zədə alıb.
Sportify.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində ötürmə zamanı xəsarət alan 19 yaşlı yarımmüdafiəçi meydanı sərbəst tərk edə bilməyib.
Karetsas 27-ci dəqiqədə xərəkdə meydandan çıxarılıb.
Dortmund klubunun “X” sosial şəbəkəsində yaydığı məlumata görə, yarımmüdafiəçi qan dövranı ilə bağlı problem səbəbindən oyunu davam etdirə bilməyib. O, əlavə müayinələrdən keçmək üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, “Borussiya Dortmund” “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib. Hər iki komanda Çempionlar Liqasının qarşıdakı turlarında Azərbaycan təmsilçisi “Sabah”la üz-üzə gələcək.
Konstantinos Karetsas tuvo que salir de cambio, el griego del #BorussiaDortmund presento problemas circulatorios en jornada de #ChampionsLeague, así lo informó el club.
El Black Yellow afirmó que el jugador se encuentra bien y realizará más pruebas médicas.…
— Arath Uva ⚽ (@arath_drake5) September 8, 2026



No Comment! Be the first one.