“Sabah”ın U-19-u "Mançester Yunayted"ə uduzdu
“Sabah” U-19 komandası UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb.
Sportify.az xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçisi olduğu komanda turnirin əsas mərhələsinin ilk turunda səfərdə “Mançester Yunayted”in U-19 komandası ilə qarşılaşıb.
İngiltərədəki “Li Sports Villic” stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” U-19 əsas mərhələdə “Barselona”, “Vilyarreal”, “Borussiya Dortmund”, “Slaviya Praqa” və “Vikinq”lə də qarşılaşacaq.



No Comment! Be the first one.