Sabir Zeynalov Muju Qran-Prisinin qalibi oldu
4 sentyabr tarixində Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-Pri keçirilib.
Sportify.az xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz Sabir Zeynalov yarışın qızıl medalına yiyələnib.
O, 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni, finalda isə braziliyalı Gustavo Ruppelini məğlub edib.



No Comment! Be the first one.