"Şahdağ Qusar" azarkeşləri "Karvan-Yevlax" zəfərini belə qeyd etdi - VİDEO
Azərbaycan I Liqasında II turun açılış oyununda “Şahdağ Qusar” və “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, Binə qəsəbə stadionunda təşkil olunmuş qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Qolları İdir Butrif 15-ci, Joze Zenqo 24-cü dəqiqədə vurub.

Oyunu izləyən 400 nəfərin əksəriyyəti qusarlı azarkeşlər olub. Onlar oyundan sonra qələbəni komanda ilə birlikdə qeyd ediblər.
Sportify.az həmin görüntüləri təqdim edir:



No Comment! Be the first one.