Salah rəsmən “Trabzonspor”da
Türkiyənin Trabzonspor klubu misirli hücumçu Məhəmməd Salahın transferini açıqlayıb.
Sportnet.az xəbər verir ki, klub sosial şəbəkə hesabında 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığını bildirib.
Salah son olaraq, İngiltərə nəhəngi “Liverpul”da çıxış edib. Misirli ulduz “qırmızılar”ı bu yay tərk edib.
O, “Liverpul”un heyətində iki dəfə İngiltərə çempionu (2019/2020, 2024/2025), Çempionlar Liqasının qalibi (2018/2019) və Klublararası dünya çempionu (2019) olub.
Bundan başqa, hücumçu İngiltərə Kubokunu (2021/2022), Liqa Kubokunu iki dəfə (2021/2022, 2023/2024), İngiltərə Superkubokunu (2022) və UEFA Super Kubokunu (2019) qazanıb.


No Comment! Be the first one.