“Sea Breeze 2026”da bu gün final keçiriləcək
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirində bu gün həlledici qarşılaşmalar keçiriləcək.
Sportify.az xəbər verir ki, finalda Azərbaycanı təmsil edən “Elit Polo Club” İsveçrənin “Sankt Moritz” komandası ilə qarşılaşacaq.
Üçüncü yer uğrunda oyunda isə Böyük Britaniyanın “Red Star” kollektivi Rusiyanın “Moscow Polo Club” komandası ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinalda “Elit Polo Club” “Red Star”ı 9:7, “Sankt Moritz” isə “Moscow Polo Club”u 6:4 hesabı ilə məğlub edib.



No Comment! Be the first one.