Millinin üzvü “Naxçıvan”da
“Naxçıvan” daha iki yerli basketbolçu ilə müqavilə imzalayıb.
Sportify.az xəbər verir ki, U-18 millinin də şərəfini qoruyan Azər İbrahimovla razılıq əldə edib.
17 yaşlı 180 sm boya malik gənc basketbolçu son olaraq “Landau Lions” klubunun şərəfini qoruyub.
Daha bir transfer isə Rəvan Əliyevdir.
Naxçıvan klubu 25 yaşlı oyunçunu 1 il müddətinə rənglərinə bağlayıb. Əliyev son olaraq “Sərhədçi” forması geyinib.



No Comment! Be the first one.