Serxio Peres: Bakıda daha yaxşı nəticə göstərəcəyimizə inanıram
“Cadillac” komandasının pilotu Serxio Peres Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində daha yaxşı nəticə göstərəcəklərinə inanır.
Sportify.az xəbər verir ki, meksikalı pilot yarışdan əvvəl təşkil olunan mətbuat konfransında Bakıdakı mərhələ ilə bağlı fikirlərini bölüşüb.
Peres bildirib ki, Monza Qran-Prisində əldə olunan irəliləyiş Azərbaycan yarışında komandanın işinə yaraya bilər:
“Ümid edirəm ki, Bakıda bolidimizi bir qədər də yaxşılaşdıra biləcəyik. Buna görə ümidliyəm və burada daha yaxşı nəticə göstərəcəyimizə inanıram.
Düşünürəm ki, Monzadakı yarış bizim üçün çox yaxşı keçmədi. Amma ümumilikdə həmin həftəsonu komanda üçün irəliləyiş oldu. Maşını trasda yaxşı idarə etmək vacib idi. Monza trasında çoxlu düz hissə var. Bu isə bizim maşına uyğun deyildi. Ona görə də orada böyük nəticə gözləmirdim.
Buna baxmayaraq, həmin yarış maşının balansını yaxşılaşdırmaq üçün bizə kömək etdi. Monza mərhələsi Bakıda nəticəmizi daha da yaxşılaşdırmaq baxımından bizim üçün bir addım oldu”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.


No Comment! Be the first one.