Seydiyevdən 200-cü oyun
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. “Zirə”nin futbolçusunun yubileyi “Şamaxı” ilə matça (1:1) təsadüf edib.
Sportify.az xəbər verir ki, müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb.
Debütü 2018/19 mövsümündə gerçəkləşən Seydiyev 200 qarşılaşmada 6 qol vurub. O, bu müddətdə üç klubun formasını geyinib. Müdafiəçi “Qəbələ”də 31 (1 qol), “Sabah”da 162 (5 qol), “Zirə”də 6 dəfə şans qazanıb.


No Comment! Be the first one.