"Neftçi" qələbə ilə baṣladı, "Zirə" debütanta qalib gəldi - YENİLƏNDİ
Misli Premyer Liqasında I turun daha 2 oyunu keçirilib.
Sportify.az xəbər verir ki, günün ilk matçı “SOCAR Polymer Arena”da “Sumqayıt” və “Neftçi” komandaları arasında gerçəkləşib.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:1.
“Neftçi”dən Breno Almeyda “dubl” edib, daha bir topu yeni transfer Lyubomir Tupta vurub.
“Sumqayıt”ın təsəlli qoluna Nadir Orucov imza atıb.
Meydan sahibləri görüşü azlıqda başa vurublar. 74-cü dəqiqədə kapitan Səbuhi Abdullazadə birbaşa qırmızı vərəqə ilə meydançadan qovulub.
Beləliklə, “gənclik şəhəri” təmsilçisi yeni baş məşqçi Filipe Kandidonun rəhbərliyi altında Premyer Liqaya məğlubiyyətlə başlayıb.
Günün digər görüşündə isə “Zirə” mövsümün debütantı “Şəfa” ilə üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda baş hakim Elvin Bayramovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Eren Aydın birinci, İssa Cibrila ikinci hissədə fərqlənib.
————————————-
Bu gün Misli Premyer Liqasında I turun daha 2 görüşü keçiriləcək.
Sportify.az xəbər verir ki, üçüncü oyun gününün ilk matçında “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyü təmirdə olduğundan, qarşılaşma qonşuluqdakı “SOCAR Polymer Arena”ya təyin edilib. Saat 19:00-da başlanacaq görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.
Son illərin prinsipial rəqibləri indiyədək 54 dəfə qarşılaşıblar. Oyunların cəmi 15-də “Sumqayıt” qalib gəlibsə, 26-da “Neftçi” sevinib, daha 13-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində “ağ-qaralar”ın üstünlüyü belədir – 84:59.
“Sumqayıt” 5 oyundur qələbə qazanmır. “Neftçi” son iki səfərdə xal itirməyib.
Günün digər görüşündə isə “Zirə” Premyer Liqaya uzun müddət sonra qayıtmış “Şəfa”nı qəbul edəcək. Oyunu baş hakim Elvin Bayramov idarə edəcək. Bu komandalar indiyədək üz-üzə gəlməyiblər.
Misli Premyer Liqası, I tur
16 avqust (bazar)
19:00. “Sumqayıt” – “Neftçi” – 1:3
Qollar: Nadir Orucov, 67 – Breno Almeyda, 23; 55. Lyubomir Tupta, 31
Sarı vərəqələr: Nihad Əhmədzadə, 74 (qeyri-idman hərəkəti) // Falaye Sako, 47 (qeyri-idman hərəkəti); Sessi Dalmeyda, 74 (qeyri-idman hərəkəti); Breno Almeyda, 74 (oyunun bərpasının ləngidilməsi); Lyubomir Tupta, 88 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Səbuhi Abdullazadə, 74 (təcavüzkar davranış)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“SOCAR Polymer Arena”, 1350 tamaşaçı
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
Qollar: Eren Aydın, 41. İssa Cibrila, 52
21:00. “Zirə” – “Şəfa” – 2:0
Sarı vərəqələr: Ruan Renato, 56 (hakimin qərarına etiraz); Rikardo Martins, 56 (hakimin qərarına etiraz) – Andrey Draqu, 38 (qeyri-idman hərəkəti); Umar Diav, 90+1 (qeyri-idman hərəkəti)
Qollar: Eren Aydın, 41; İssa Cibrila, 52
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Zirə İdman Kompleksinin stadionu, 800 tamaşaçı
Qeyd edək ki, ilk turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0, “Sabah” “Kəpəz”i 2:0 hesabı ilə yenib. “Araz-Naxçıvan” – “İmişli” matçında isə qalib müəyyənləşməyib – 0:0. Tura avqustun 17-də keçiriləcək “Qarabağ” – “Şamaxı” matçı ilə yekun vurulacaq.


No Comment! Be the first one.