Tahir Gözel: "Qarabağ"ın qayıdışı daha güclü olacaq!
“Təəssüf ki, alınmadı. Bu, futboldur. Səhvlərimizdən dərs çıxaracağıq”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə Niderland “Tvente”sinə əlavə vaxtda 1:4 hesabı ilə uduzaraq, avrokuboklarla vidalaşmalarını şərh edərkən deyib.
Onun sözlərinə görə, komandası doğru yoldadır: “Qələbə qazanmağı çox arzulayırdıq. İki dəqiqə də dözə bilsəydik, tam başqa nəticə olacaqdı. Qismət deyilmiş. Amma biz dərs çıxararaq, möhtəşəm ürəyimizlə yolumuza davam edəcəyik”.
Klub rəhbəri gözəl transferlər etdiklərini bildirib: “Bu gün də iki transferimizi təqdim etdik. Yeni oyunçularımızın hamısının gələcəkdə çox böyük meyvələr verəcəyinə heç şübhə etmirəm. “Qarabağ”ın qayıdışı daha güclü olacaq. Transfer etdiyimiz futbolçular möhtəşəmdirlər. Amma onların uyğunlaşmalarına vaxt lazımdır. Qarşımızda bir mövsüm var. Məncə, bu fürsətlərin hamısı mövsüm boyunca yaranacaq. Tarixdə indiki kimi güclü “Qarabağ” olmayıb. Təəssüf ki, hamısı yenidir və hazırlığa vaxtımız çatmadı. Bu baxımdan, əskikliyimiz oldu”.
Gözel avrokuboklardan kənarda qalmağın komandaya müsbət təsir göstərəcəyi fikri ilə razılaşmayıb: “Artıq Avropaya fikir verməyəcəyik. Qarşımızda hədəf, ürəyimdə möhtəşəm eşq var. Biz belə davam edəcəyik”.



No Comment! Be the first one.