TFF-nin baş katibi və millinin baş məşqçisi istefa verdi
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçentso Montella ilə yolları ayırmaq qərarına gəlib.
Sportify.az-ın məlumatına görə, TFF İdarə Heyətinin bu gün keçirilən iclasından sonra bir sıra qərarlar açıqlanıb.
Federasiyanın rəsmi bəyanatında bildirilib ki, İdarə Heyəti növbəti seçkili ümumi yığıncağa qədər fəaliyyətini davam etdirəcək. Daha əvvəl istefa vermiş iki əsas idarə heyəti üzvünün yerinə ehtiyat üzvlər İbrahim Özbay və Metin Akyüz təyin olunub.
İclasda qəbul edilən ən diqqətçəkən qərarlardan biri isə Montella ilə əməkdaşlığın davam etdirilməməsi olub.
Bundan başqa, bir müddət əvvəl istefasını təqdim edən TFF-nin baş katibi Abdullah Ayazın yerinə hazırda TFF-də Qeydiyyat İşləri direktoru vəzifəsini icra edən Ahmet Erzurumlu təyin olunub.
Beləliklə, Türkiyə millisində Montella dönəmi başa çatıb. İtaliyalı mütəxəssisin gedişindən sonra millinin yeni baş məşqçisinin kim olacağı isə hələlik açıqlanmayıb.



No Comment! Be the first one.