Tiaqo Silva: “İlk oyunumun qələbə ilə bitməsini istəyirdim”
“Şəfa” klubunun qapıçısı Tiaqo Silva “Kəpəz”lə qarşılaşmadan (1:2) sonra Sportify.az-a müsahibə verib:
– İlk oyununuz idi. Debüt matçınız haqqında təəssüratlarınız necədir?
– Məncə, bu, ağır məğlubiyyət idi. Təbii ki, hər şey istədiyimiz kimi olmadı. Matçı uduzduq, amma irəliləməyə davam edəcəyik. Mübarizəni davam etdirməliyik, çünki hələ heç nə bitməyib. Biz yolun başlanğıcındayıq. Üzərində işləməli olduğumuz çox məqam var, amma təslim olmayacağıq. Əlbəttə, ilk oyunumun qələbə ilə başa çatmasını istəyirdim, lakin bu gün bunu bacarmadıq. Ümid edirəm ki, növbəti matçda komandamızla birlikdə qələbə qazanacağıq.
– Penalti zamanı ilk zərbəni dəf etdiniz. Rəqibin ikinci cəhdi zamanı isə fərqli vəziyyət yaşandı. Həmin anlarda hansı hissləri keçirirdiniz?
– Əvvəllər də dəfələrlə demişəm ki, penaltilər qapıçılar üçün bir qədər bəxt məsələsidir. Təzyiq həmişə zərbəni yerinə yetirən futbolçunun üzərində olur. Mən də bu amildən yararlanmağa çalışıram. Uşaqlığımdan indiyədək üzərində işlədiyim məqamlardan biri rəqibin gözlərini, davranışını və bədən dilini oxumaqdır. İlk penaltini dəf etməkdə şanslı oldum. İkinci zərbə zamanı isə rəqib tərəddüd etdi və topu komanda yoldaşına vurmağa verdi. Nə isə, belə alındı. Biz irəliləməyə davam etməliyik, çünki bu nəticə kifayət deyil.
– Qol epizodundan sonra meydanın mərkəzində rəqib futbolçu ilə aranızda mübahisə yaşandı. Bu, prinsipiallıqdan irəli gəlirdi, yoxsa insidentin başqa səbəbi var idi?
– Xeyr, bu liqada heç bir futbolçuya qarşı şəxsi münasibətim yoxdur. Mən sadəcə əlimdən gələni edirəm və lazım gəldikdə istənilən oyunçu ilə mübarizə aparıram. Onun mənim komandamda və ya rəqibdə çıxış etməsinin fərqi yoxdur. Kimsə mənə və ya komanda yoldaşlarıma qarşı çıxırsa, klubum üçün mübarizə aparacağam. Hadisə də belə baş verdi: komandamız qol vurdu, bundan sonra aramızda narazılıq yarandı. O məni itələdi, mən də onu itələdim. Məsələ bundan ibarət idi.


No Comment! Be the first one.