"Turan" "Fənərbağça" ilə Türkiyədə qarşılaşacaq
Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında mübarizə məqsədilə geniş hazırlıq proqramına start verib.
Sportify.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, kollektiv İtaliyanın Rimini şəhərinə yollanaraq yerli və Avropanın müxtəlif ölkələrindən olan klublarla bir sıra yoxlama oyunları keçirəcək.
Rəqiblər “CDA Volley Talmassons FVG”, “Omag Consolini Volley 1907”, “Megabox Ond. Savio Vallefoglia” və “VfB Suhl LOTTO Thüringen” olacaq. “Savino Del Bene Scandicci” ilə mümkün qarşılaşmanın keçirilməsi isə son həftə ərzində dəqiqləşəcək.
İtaliyadakı hazırlıq mərhələsindən sonra komanda 27 sentyabrda Yunanıstanın Santorini şəhərinə yollanacaq və “A.O. Thiras Santorini” ilə qarşılaşacaq.
Avropa səfərinin son dayanacağı isə İstanbul olacaq. 1 oktyabrda Türkiyənin “Fənərbağça” klubu ilə yoldaşlıq görüşü keçirəcək komanda daha sonra Bakıya qayıdaraq, hazırlıqlarını davam etdirəcək.



No Comment! Be the first one.