"Turan Tovuz" - "Fənərbağça": Hakimlər məlum oldu
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək dostluq oyununun hakimləri açıqlanıb.
Sportify.az-ın məlumatına görə, qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
Ona Şirmamed Mamedov və Teymur Teymurov yan xətt hakimləri, Rəşad Əhmədov isə dördüncü hakim qismində yardımçı olacaq.
Həmzəzadə və yan xətt hakimləri “Turan Tovuz”un ardıcıl ikinci oyununda iş başında olacaqlar. Daha əvvəl onlar Misli Premyer Liqasında VI turun “Zirə” ilə ev oyununun hakimləri olublar. Həmin qarşılaşmada Tovuz komandası qələbə qazanıb – 1:0.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” oyunu saat 20:00-da başlanacaq.



No Comment! Be the first one.