Məsiyevin cəzası qüvvəyə mindi, Tovuza o göndərilir
Misli Premyer Liqasında VI turun təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, “Turan Tovuz” və “Zirə” arasında keçiriləcək turun prinsipial görüşü baş hakim Rəvan Həmzəzadəyə tapşırılıb.
FIFA referilərindən Kamal Umudlu “Sabah” – “İmişli”, Əliyar Ağayev “Kəpəz” – “Sumqayıt” görüşündə iş başında olacaq.
Tural Qurbanov açılış oyunu olan “Qəbələ” – “Neftçi” qarşılaşmasında VAR hakimi funksiyasını yerinə yetirəcək.
Ötən tur “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında səhvə yol verdiyi təsdiqlənən Elçin Məsiyev isə heç bir oyuna təyinat almayıb.
Misli Premyer Liqası, VI tur
18 sentyabr (cümə)
17:30. “Qəbələ” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
19:45. “Qarabağ” – “Şəfa”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu
19 sentyabr (şənbə)
17:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Şirməmməd Məmmədov, Teymur Teymurov, Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu
19:45. “Sabah” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bank Respublika Arena”
20 sentyabr (bazar)
16:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Emin Əliyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu
19:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə şəhər stadionu.



No Comment! Be the first one.