“Turan Tovuz”dan ayrılan futbolçu “Rusenborq”a keçdi
“Turan Tovuz”dan ayrılan futbolçu Mark Mampassi Norveç “Rusenborq”una keçib.
Sportify.az xəbər verir ki, tərəflər 2029-cu il mövsümünün sonunadək müqavilə bağlayıblar.
Müqavilə ilə Rusiya “Lokomotiv”inə məxsus 23 yaşlı müdafiəçi 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında “Turan Tovuz”da keçirib. Daha sonra Moskva klubuna qayıdan Mampassi müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.
Qeyd edək ki, Mark Mampassi “Lokomotiv”ə 2022-ci ilin yanvarında Ukrayna “Şaxtyor”undan keçib. O, Ukraynanın “Mariupol”, Türkiyənin “Antalyaspor” və Belçikanın “Kortreyk” klublarında da icarədə olub.



No Comment! Be the first one.