Türkiyə millisinin üzvü əməliyyat olundu
Türkiyə millisinin və “Başakşehir”in futbolçusu Yusuf Sarı əməliyyat keçirib.
Sportify.az xəbər verir ki, 27 yaşlı cinah oyunçusu sol dizindən artroskopik menisk əməliyyatı olunub.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçu Acıbadem Maslak Xəstəxanasında əməliyyat edilib. Klub onun tezliklə sağlam şəkildə yaşıl meydanlara qayıtmasını arzulayıb.
Qeyd edək ki, Yusuf Sarı bu mövsüm bütün turnirlərdə 9 oyuna çıxıb. O, Türkiyə millisinin formasını isə 6 dəfə geyinib.



No Comment! Be the first one.