Türkiyənin Avropa çempionluğu İstanbulda belə qeyd olundu - VİDEO
İstanbulda Türkiyənin voleybolçu qadınlardan ibarət milli komandasının növbəti tarixi uğuru möhtəşəm şəkildə qeyd olunub.
Sportify.az xəbər verir ki, “Filenin Sultanları” 2026-cı il CEV Avropa çempionatının finalında İtaliyanı 3:2 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə qitə çempionu olub.
Qələbədən sonra yüzlərlə dron Bosfor boğazı və 15 İyul Şəhidlər körpüsü üzərində göy üzünü işıqlandırıb. Dronlarla nəhəng voleybol topu, qırmızı formalı milli komandanın təsviri və “Tebrikler Filenin Sultanları” (“Təbriklər, Torun Sultanları”) yazısı nümayiş etdirilib.
Xatırladaq ki, Avropa çempionatında Azərbaycan millisi də iştirak edib. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 1/8 finalda Türkiyə millisinə uduzaraq, mübarizəni dayandırıb.
🇹🇷🇮🇹 Hundreds of drones lit up the Bosphorus and the 15 July Martyrs Bridge last night as Istanbul celebrated Filenin Sultanları’s second straight European title.
After a 3-2 comeback win over Italy in the 2026 CEV European Championship final at Sinan Erdem Arena, the sky filled…
— Mario Nawfal (@MarioNawfal) September 7, 2026



No Comment! Be the first one.