Türkiyə 3-cü oyununda 3 qolla uduzdu, Fransa İtaliya ilə bacarmadı
UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib.
Sportify.az-ın məlumatına görə, turun ikinci oyun günündə A, B və C Liqalarında ümumilikdə 10 görüş gerçəkləşib.
A Liqasının 1-ci qrupunda Türkiyə səfərdə Belçikaya böyük hesabla uduzub – 0:3. Hesabı 10-cu dəqiqədə Kevin De Brüyne açıb. 35 yaşlı yarımmüdafiəçi 59-cu dəqiqədə də fərqlənərək, “dubl” edib. 76-cı dəqiqədə isə “Fənərbağça”nın legioneri Romelu Lukaku yekun nəticəni müəyyənləşdirib. Beləliklə, Türkiyə millisi qrupda üçüncü məğlubiyyətini 3 qolla alıb.
Qrupun digər matçında Fransa və İtaliya yığmaları üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1. 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Maykl Olise hesabı açıb. 68-ci dəqiqədə Alessandro Bastoni bərabərlik qolunu vurub. 85-ci dəqiqədə Dayo Upamekano ikinci sarıdan qırmızı vərəqə ilə meydandan qovulub. Lakin qonaqlar say üstünlüyündən yararlana bilməyiblər.
UEFA Millətlər Liqası
2 oktyabr
III tur
A Liqası
1-ci qrup
22:45. Belçika – Türkiyə – 3:0
22:45. Fransa – İtaliya – 1:1
Xal durumu: Fransa – 7, Belçika – 6, İtaliya – 4, Türkiyə – 0.
B Liqası
2-ci qrup
22:45. Macarıstan – Gürcüstan – 1:0
22:45. Ukrayna – Şimali İrlandiya – 0:3
Xal durumu: Şimali İrlandiya – 7, Ukrayna – 4, Macarıstan – 4, Gürcüstan – 1.
4-cü qrup
22:45. Bosniya və Herseqovina – İsveç – 1:1
22:45. Polşa – Rumıniya – 6:0
Xal durumu: İsveç – 7, Bosniya və Herseqovina – 5, Polşa – 4, Rumıniya – 0.
C Liqası
2-ci qrup
20:00. Kipr – Ermənistan – 2:0
20:00. Latviya – Monteneqro – 1:2
Xal durumu: Monteneqro – 9, Kipr – 4, Ermənistan – 3, Latviya – 1.
3-cü qrup
18:00. Qazaxıstan – Moldova – 1:2
22:45. Farer adaları – Slovakiya – 1:1
Xal durumu: Slovakiya – 7, Moldova – 4, Farer adaları – 3, Qazaxıstan – 1.



No Comment! Be the first one.