Luis De la Fuente: Oyunçuların sağlamlığı hər şeydən üstündür
İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente komandada yaşanan ardıcıl zədələrlə bağlı fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, Millətlər Liqasının ümumi mərhələsində Çexiya ilə keçiriləcək 3-cü tur oyunu ərəfəsində “qırmızı furiya” ciddi itkilərlə üzləşib.
Ferran Torres, Niko Uilyams, Erik Qarsiya və Alexandro Qrimaldo səhhətində yaranan problemlər səbəbindən toplanışı vaxtından əvvəl tərk etməli olublar.
Mətbuat konfransında vəziyyətə toxunan baş məşqçi sıx təqvimdən gileylənib: “Mövcud formatın ən böyük mənfi cəhəti futbolçuların bərpası üçün kifayət qədər vaxtın qalmamasıdır. Bizim üçün əsas prioritet həmişə oyunçuların səhhətidir və hər bir futbolçunun meydana yalnız tam hazır vəziyyətdə çıxmasını istəyirik”.



No Comment! Be the first one.