"Tvente"nin futbolçusu: "Qarabağ"la ilk oyunda vacib addımı atacağıq
“Rəqibimiz təcrübəli komandadır. Onlar həmişə futbolla bağlı həll yolları axtarırlar. Sabah bunun öhdəsindən gəlib-gəlməyəcəklərini görəcəyik. Qarşıdakı oyun çox böyük maraq doğurur. Uzun müddətdir çalışırıq. Söhbət iki oyundan gedir, amma ümid edirik ki, sabah vacib ilk addımı atacağıq”.
Sportify.az xəbər verir ki, bunu Niderland “Tvente”sinin futbolçusu Ramiz Zerruki evdə “Qarabağ”la keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçından əvvəl mətbuat konfransında deyib.
Əlcəzairli dayaq yarımmüdafiəçisi “Tvente” ətrafında yaranan mənfi fikirlərin bir qədər şişirdildiyini bildirib: “Avropa Liqasından kənarlaşdırılmağımız təəssüf doğurur, amma bu, böyük biabırçılıq deyildi. Həmin oyunlarda yaxşı məqamlarımızı da göstərdik”.
28 yaşlı oyunçu hücumçu Vaut Veqhorsta da güvəndiyini deyib: “Əminəm ki, o, bir-iki qol vurandan sonra hər şey daha sürətli gedəcək. Bundan sonra qollar gələcək. Amma biz buna çox diqqət yetirməməliyik. O, tez-tez top istəyir, əlindən gələni edir və pressinq zamanı vacib rol oynayır. Mən sadəcə razıyam”.
Qeyd edək ki, avqustun 20-də “Enshede” stadionunda keçiriləcək “Tvente” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. İki oyunun nəticəsinə əsasən qalib gələn komanda turnirin əsas mərhələsinə vəsiqə qazanacaq.



No Comment! Be the first one.