UEFA Rusiya və Belarusla bağlı yeni qərar qəbul etdi
UEFA İcraiyyə Komitəsi Rusiya və Belarusun yeniyetmə futbolu ilə bağlı yeni qərar qəbul edib.
Sportify.az xəbər verir ki, bu barədə “Bel.football” nəşri məlumat yayıb.
Məlumata görə, UEFA Belarus klublarının yeniyetmə komandalarının Rusiyanın yeniyetmələr liqasında iştirakına razılıq verib. Beləliklə, Belarus təmsilçilərinin gənc futbolçuları növbəti mövsümdən etibarən Rusiya komandalarının yaşıdları ilə eyni yarışlarda mübarizə apara biləcəklər.
Qərarın UEFA İcraiyyə Komitəsinin sentyabrın 15-də Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında qəbul edildiyi bildirilir.
Qeyd edək ki, Rusiya komandaları 2022-ci ildən UEFA və FIFA-nın təşkil etdiyi yarışlardan kənarlaşdırılıb.
Bununla yanaşı, UEFA-nın 2026/2027 mövsümü üçün rəsmi Yeniyetmələr Liqasında Belarusun “Dinamo” (Minsk) klubu iştirak edir.


No Comment! Be the first one.